Kürdə suyun səviyyəsi artıb
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib
 
                                Avtomat hidroloji stansiyaların mayın 6-sı saat 09:00-a olan məlumatına əsasən, bəzi çaylarda sululuq artıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Böyük Qafqaz ərazisindən axan Katexçay-Qəbizdərədə 56 sm, Qusarçay-Kuzunda 13 sm, Qudiyalçay-Qımılda 6 sm, Əyriçay-Ağyazıda 4 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçay-Əsrikcırdaxanda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Oxçuçay-Bürünlüdə 18 sm, Bərgüşadçay-Əliquluuşağıda 9 sm, Tərtərçay-Vəngdə 4 sm, Tutqunçay-Comərddə 2 sm artım, Kür çayının aşağı axımında Kür-Surrada 54 sm, Kür-Zərdabda 10 sm artım qeydə alınıb.
Transsərhəd çayında Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 23 sm artıb, su sərfi 230 m3/san normanın 116%-ni təşkil edir.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            