XƏBƏRLƏR / Ekologiya

Çaylarda sululuq artıb

Avtomat hidroloji stansiyaların məlumatı

Çaylarda sululuq artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avtomat hidroloji stansiyaların saat 9:00-a olan məlumatına əsasən, bəzi çaylarda sululuq artıb.

    Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 12 sm, Bərgüşadçayda 4 sm, Araz çayının yuxarı axınında isə 51 sm artım qeydə alınıb.

    Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 33 sm artıb, su sərfi 907 m3/san olmaqla normanın 121%-ni, Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 18 sm artıb, su sərfi 369 m3/san olmaqla normanın 182%-ni təşkil edir.