XƏBƏRLƏR / Ekologiya

İşğal dövründə Füzuli və Ağdamın bitki örtüyü kəskin azalıb

Bunu Milli Aerokosmik Agentliyin Ekologiya İnstitutunun direktoru Bəhram Əliyev bildirib FOTO

İşğal dövründə Füzuli və Ağdamın bitki örtüyü kəskin azalıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu tərəfindən işğaldan azad olunmuş torpaqlarda yaranmış ekoloji problemlərin aradan qaldırılması istiqamətində elmi-tədqiqat işləri aparılır.

    Bunu Milli Aerokosmik Agentliyin Ekologiya İnstitutunun direktoru Bəhram Əliyev deyib.

    O bildirib ki, peyklərdən alınmış məlumatlar əsasında xəritələr tərtib edilib.

    “Xəritələrin təhlili göstərir ki, 1989-cu ildə Füzuli rayonu ərazisində bitki örtüyünün sahəsi 12454 ha olub, 2021-ci ilədək isə bu rəqəm 8644 ha-ya gədər azalıb. Yəni işğal dövrü ərzində 3800 ha bitki örtüyü itirilib.

    Buna oxşar vəziyyətlə Ağdam rayonu ərazilərinin bitki örtüyünün qiymətləndirilməsi zamanı da qarşılaşılıb.

    Belə ki, Ağdam rayonu ərazilərində 1989-cu ildə 115 000 ha bitki örtüyünün sahəsi 2021-ci il üçün 12 110 ha-ya enib. İşğal dövrü ərzində 102890 ha azalıb. Bu da onun müxtəlif antropogen, xüsusilə intensiv hərbi əməliyyatların təsiri nəticəsində itirilməsinə sübutdur”, - deyə o qeyd edib.