XƏBƏRLƏR / Ekologiya

Havada tozun miqdarı kəskin artıb

Hazırda toz normadan 4-4.5 dəfə yüksəkdir

Havada tozun miqdarı kəskin artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda tozlu hava şəraiti müşahidə olunur.

    Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, avtomatik stansiyalardan əldə olunan məlumata əsasən, havada tozun miqdarı artıb və hazırda normadan 4-4.5 dəfə yüksəkdir.

    “Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən ölkəmizə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”.

    Xatırladaq ki, dünən günün birinci yarısında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 2.5-3 dəfə yüksək olduğu qeydə alınıb.