XƏBƏRLƏR / Ekologiya

Xəzər dənizinə nərə cinsli balıq körpələri buraxılıb

22 May – Beynəlxalq Bioloji Müxtəliflik Günüdür

Xəzər dənizinə nərə cinsli balıq körpələri buraxılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 22 May – Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Neftçalada nərə cinsindən olan 2 min balıq körpəsi Xəzər dənizinə buraxılıb.

    Aksiya Kənd Təsərrüfatı Nazirliyi, IDEA İctimai Birliyi, FAO, Neftçala Rayon İcra Hakimiyyəti, “Azerbaijan Fishfarm” MMC, “Azvarvara” MMC və digər şirkətlərin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

    Çıxışlarda regionda ekoloji tarazlığın qorunması üçün dövlət qurumlarının koordinasiyalı fəaliyyətinin rolu xüsusi qeyd olunub. Bildirilib ki, bu aksiya ölkədə su bioresurslarının bərpası və bioloji müxtəlifliyin qorunması istiqamətində görülən işlərin vacib tərkib hissəsidir. Tədbir həm ekoloji maarifləndirmə, həm də Xəzər regionunda nadir balıq növlərinin populyasiyasının dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbir cari ilin ilk kütləvi balıq körpələrinin buraxılışı kimi xüsusi əhəmiyyət kəsb edir və regionda su bioresurslarının bərpasına yönəlmiş ekoloji fəaliyyətlərin davamıdır.

    Sonra 2 min ədəd balıq körpəsi Xəzər dənizinə buraxılıb.