XƏBƏRLƏR / Ekologiya

Fransa Azərbaycanla sərhəddə radioaktiv tullantı yerləşdirir

Bu barədə "Environmental Protection First" (EPF) koalisiyası bəyanat yayıb

Fransa Azərbaycanla sərhəddə radioaktiv tullantı yerləşdirir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • "Environmental Protection First" (EPF) koalisiyası Fransanın Ermənistanın Azərbaycanla şərti sərhədi yaxınlığında uran tərkibli radioaktiv tullantılar yerləşdirməsi ilə bağlı bəyanat yayıb.

    Bəyanatda qeyd olunur ki, EPF üzvləri Fransanın dövlət şirkəti "Orano" tərəfindən uran tərkibli radioaktiv tullantıların şərti Azərbaycan-Ermənistan sərhədi yaxınlığında yerləşdirilməsini Azərbaycana qarşı yeni ekoloji müharibə kimi qiymətləndirirlər.

    "Fransa mətbuatının məlumatına görə, bu proses iyun ayında başlayıb və nüvə tullantılarının ilk hissəsi artıq Ermənistanın Dilican Milli Parkının ərazisinə yerləşdirilib. Park Göyçə gölünün şimalında, Ağstafa çayı hövzəsində 1100-2800 metr hündürlükdə yerləşir və su Ağstafa çayı vasitəsilə Kür çayına axır. Gədəbəy, Ağstafa və Qazax rayonları, habelə Azərbaycanın biomüxtəlifliyi təhlükə altındadır.

    Fransa mediasının araşdırmaları göstərir ki, uran tərkibli radioaktiv tullantıların Ermənistana ixracı bu ilin fevralında Makron və Paşinyan arasında Parisdə keçirilən görüşdə razılaşdırılıb və bundan sonra bu sövdələşmənin mükafatı kimi bir fransız şirkətindən külli miqdarda şübhəli ianə Paşinyanın həyat yoldaşı Anna Akopyanın “Mənim addımım” fondunun hesabına köçürülüb. Ermənistan hakimiyyəti Fransa mətbuatının xəbərlərini təkzib edir, eyni zamanda faktın yerindəcə yoxlanılmasına imkan vermir.

    Ətraf Mühitin Mühafizəsi Birinci koalisiyası baş nazir Nikol Paşinyanı Ermənistanın Azərbaycanla şərti sərhədinə bitişik ərazilərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin və digər beynəlxalq təşkilatların nümayəndələri ilə birlikdə Azərbaycan QHT-lərinin monitorinqi üçün şərait yaratmağa çağırır.