İranla həmsərhəd ölkələrdə radioaktiv çirklənmə yoxdur
Bu bəyanatla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik çıxış edib

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) iyunun 22-də ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra İranla həmsərhəd ölkələrdə radioaktiv çirklənmə aşkar etməyib.
"Mövcud məlumatlara əsasən, AEBA qonşu ölkələrdə əhali və ətraf mühitə heç bir radioaktiv təsirin olmadığına əmin ola bilər. Nüvə təhlükəsizliyi kontekstində İranın nüvə obyektlərinə hücumu ilə bağlı araşdırma aparmasının vacib olduğunu qeyd edib."
Bu barədə iyunun 24-də AEBA-nın saytında dərc olunmuş bəyanatda deyilir.