XƏBƏRLƏR / Ekologiya

Kür və Arazda suyun səviyyəsi artıb

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Kür və Arazda suyun səviyyəsi artıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Avtomat hidroloji stansiyaların mayın 4-ü saat 11:00-a olan məlumatına əsasən, bəzi çaylarda sululuq artıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıda 14 sm, Qarasuçay-Zərdabda 32 sm, Vəlvələçay-Afurcada 35 sm, Qudiyalçay-Qımılda 20 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəng və Tutqunçay-Comərddə 3 sm, Zabuxçay-Bozluda 35 sm, Oxçuçay-Bürünlüdə 34 sm, Həkəriçay-Balasoltanlıda 3 sm, Quruçay-Böyük Tağlarda 2 sm və Araz çayının yuxarı axımında 61 sm artım qeydə alınıb.

    Transsərhəd çaylarında Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 29 sm artıb, su sərfi 710 m³/san normanın 99%, Qanıx-Cəlayirdə 4 sm artıb  su sərfi 175 m³/san normanın 88% təşkil edir.