XƏBƏRLƏR / Ekologiya

Çaylarda sululuq artıb

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Çaylarda sululuq artıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, avtomat hidroloji stansiyaların mayın 5-i saat 9:00-a olan məlumatına əsasən, bəzi çaylarda sululuq artıb.,

    Belə ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 43 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 4 sm, Gəncəçay-Zurnabadda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 33 sm, Təngərüdçay-Vaqoda 18 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Oxçuçay-Bürünlüdə 21 sm, Quruçay-Böyük Tağlarda 9 sm, Tutqunçay-Comərd və Bərgüşadçay-Əliquluuşağıda 8 sm, Həkəriçay-Balasoltanlıda 3 sm artım qeydə alınıb.

    Transsərhədd çaylarında Kür -Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 sm, su sərfi 720 m3/san normanın 100%-ni, Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 19 sm, su sərfi 200 m3/san normanın 101%-ni təşkil edir.