Parisdə COP28 və COP29-a həsr olunmuş dəyirmi masa gedir
Tədbir Beynəlxalq Enerji Agentliyinin Parisdəki mənzil-qərargahında keçirilir FOTO
Parisdə COP28 və COP29-a həsr olunmuş yüksək səviyyəli dəyirmi masa başlayıb.
Beynəlxalq Enerji Agentliyinin Parisdəki mənzil-qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (ÇNL) Tərəflər Konfransının 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksək səviyyəli dəyirmi masa keçirilir.
İclasda ölkəmizi xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev təmsil edir. Dəyirmi masada dünyanın iqlim və enerji liderləri, müxtəlif ölkələrdən rəsmi nümayəndələr və diplomatlar iştirak edirlər. COP28-in prezidenti Sultan Əl Cabirin rəhbərlik etdiyi dəyirmi masa müzakirələrinin əsas məqsədi Birləşmiş Ərəb Əmirliklərinin konsensusu çərçivəsində COP28-in nəticələrini nəzərdən keçirmək və COP29 üçün növbəti addımları müəyyən etməkdir.