XƏBƏRLƏR / İctimaiyyət

Bakıda yeni növ dayanacaq pavilyonları quraşdırılır

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib

Bakıda yeni növ dayanacaq pavilyonları quraşdırılır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtda yeni növ dayanacaq pavilyonlarının quraşdırılmasına başlanılıb.

    AYNA-dan bildirilib ki, şəhər mobilliyi və infrastrukturu nəzərə alınmaqla, eləcə də piyada təhlükəsizliyinin təmin edilməsi məqsədilə dar və ensiz səkilərdə bu tip dayanacaq pavilyonları quraşdırılacaq.

    Qeyd edək ki, ilk olaraq 8 Noyabr prospektində bu tip dayanacaq pavilyonunun quraşdırılmasına başlanılıb.