XƏBƏRLƏR / Hava

Bakıda yollar buz bağlayacaq

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir

Bakıda yollar buz bağlayacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvarın 14-15-də Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında bildirilib.

    Qeyd edilib ki, yanvarın 14-16-da Azərbaycanın rayonlarında, xüsusən də dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında magistral yolların buz bağlayacağı ehtimal edilir.