XƏBƏRLƏR / Hava

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.