XƏBƏRLƏR / İctimaiyyət

Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq

Bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb

Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Noyabrın 8-də Dənizkənarı Milli Parkda Zəfər Günü münasibəti ilə konsert olacaq.

    Bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.

    Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları - müğənnilər, rəqs kollektivləri çıxış edəcək. Konsertin sonunda atəşfəşanlıq olacaq.