XƏBƏRLƏR / İctimaiyyət

DYP hava şəraiti ilə əlaqədar müraciət edib

Ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti keçir

DYP hava şəraiti ilə əlaqədar müraciət edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hava şəraiti ilə əlaqədar hər hansı fövqəladə halların qarşısının alınması üçün aidiyyəti qurumlarla birgə koordinasiyalı şəkildə iş aparılır.

    Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin açıqlamasında bildirilib.

    Qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti təhlükəsizliyinin təmin olunması üçün xidmətini fasiləsiz davam etdirir. Xüsusilə intensiv hərəkətin müşahidə olunduğu magistral yollarda, keçidlərdə və şəhər daxili ərazilərdə nəzarət gücləndirilib. Xidmət fasiləsiz davam edir.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarını diqqətli olmağa və qaydalara riayət etməyə çağırır.