XƏBƏRLƏR / İctimaiyyət

Şabran çayında 3 nəfərin meyiti tapılıb YENİLƏNİB

FHN bu gün səhər iki nəfərin seldə boğulduğu barədə məlumat yaymışdı

Şabran çayında 3 nəfərin meyiti tapılıb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 18:32

    Şabranda sel nəticəsində həlak olanların sayı 3-ə çatıb.

    Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin də meyiti aşkarlanıb. 

    Onun meyiti Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb.

    Mərhumun seldə boğulduğu bildirilir.

    Hazırda faktla bağlı araşdırma aparılır.
    ***

    10:25

    Aprelin 16-da Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan iki nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

    FHN xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

    Meyiti tapılan şəxslərin kimliyi məlum olub.

    Onlar 59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlu və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğludur.

    Onların "Siyəzən Oil" Neft şirkətinin əməkdaşları olduğu bildirilir. İlkin məlumata görə, onlar işə gedən zaman selə düşüblər.

    Həyata keçirilən tədbirlər nəticəsində iki nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.