Daha üç itkin-şəhid dəfn olunacaq
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Məlumata görə, Hüseynov Mübariz Sabəddin oğlu, Mirzəliyev Ələsgər Fərzalı oğlu, Mehdiyev Münasib Namaz oğlunun qalıqları aprelin 18-də dəfn olunacaq.