Reportaj

Bakıdan Qroznıya uçan təyyarə Qazaxıstanda qəzaya uğrayıb

"AZAL" sərnişin təyyarəsində 67 sərnişin olub FOTO / VIDEO / YENILƏNİR

Bakıdan Qroznıya uçan təyyarə Qazaxıstanda qəzaya uğrayıb
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 12:37

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı paylaşım edib:

    “Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”.

    ***

    12:23

    Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Aktauda təyyarə qəzası nəticəsində sağ qalan 27 nəfər, o cümlədən üç uşaq xəstəxanaya aparılıb.

    ***

    12:00

    Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən RİA Novosti-yə verilən məlumata görə, Aktauda təyyarə qəzası nəticəsində 25 nəfər xəstəxanalara çatdırılıb. VIDEO5

    ***

    11:43

    Rusiyanın "Baza" teleqram kanalı sərnişinlərin siyahısını dərc edib.

    Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub, Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

    Məlumat yoxlanılır.

    11:35

    Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdən 12 nəfər (onlardan biri uşaqdır) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mangistau regional xəstəxanasına çatdırılıb, vilayət səhiyyə idarəsi xəbər verir. VIDEO3

    VIDEO4

    ***

    11:31

    Qəza yerinə 52 xilasedici və 11 texnika gəlib. Fövqəladə Hallar Nazirliyi yanğını söndürməyə başlayıb.

    Bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

    “Hazırda ölənlər barədə məlumat dəqiqləşdirilir; sağ qalanların olduğu barədə ilkin məlumat verilir”.

    Təxminən bir saat əvvəl media Bakı-Qroznı təyyarəsinin fövqəladə vəziyyət siqnalı verdiyini yazmışdı. Həmin vaxt təyyarə Xəzər dənizinin üzərində idi. Çeçenistan paytaxtının hava limanının mətbuat xidməti "RİA Novosti"yə bildirib ki, Qroznıda duman səbəbindən Bakıdan gələn təyyarə Mahaçqalaya, oradan isə Aktauya istiqamətlənib.

    Bu arada Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau yaxınlığında planlaşdırılmış təyyarənin qəzaya uğradığını təsdiqləyib. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır. Faktla bağlı xüsusi araşdırma aparılır.

    Qazaxıstanda qəzaya uğrayan təyyarənin göyərtəsində 67 nəfər və 5 ekipaj üzvü olub.

    Qeyd edək ki, AZAL-ın məlumatına görə, qəzaya səbəb təyyarə ilə quş dəstəsi arasında toqquşma olub.

    Bakı - Qroznı marşrutu üzrə J2-8243 reysi ilə uçan Embraer 190 Aktaudan təxminən 3 km aralıda qəzaya uğrayıb.

    ***

    11:20

    "FlightRadar"ın məlumatları:

    Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə sağ qalanların olduğunu bildirir. Ölən və yaralananların sayı ilə bağlı məlumat dəqiqləşdirilir.

    ***

    11:05

    Bakıdan Qroznıya uçan “AZAL” şirkətinə məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərinin hava limanı yaxınlığında qəzaya uğrayıb. VİDEO

    Təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub. VİDEO2

    Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib.

    Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau aeroportunda qəzaya uğrayıb.

    İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.

    AZAL-dan verilən açıqlamaya görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

    İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş dəstəsi ilə toqquşması olub.

    Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

    Artıq qəza yerinə 52 xilasedici və 11 texnika gəlib. Fövqəladə Hallar Nazirliyi yanğını söndürməyə başlayıb.

    Hazırda ölənlər barədə məlumat dəqiqləşdirilir; sağ qalanların olduğu barədə ilkin məlumat verilir.