Bakıda yağan güclü yağışa görə yollarda 23 tıxac yaranıb
Bu barədə DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib FOTOREPORTAJ
"Hazırda paytaxtın bəzi küçə və prospektlərində yolda avtomobil sıxlığı müşahidə olunur".
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Vurğulanıb ki, havanın yağışlı keçməsi səbəbindən sürücülər ehtiyatlı davranaraq təbii olaraq sürət həddini azaldırlar. Bu da sıxlıq olan küçə və prospektlərin sayının artmasına səbəb olub.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisi ilə birgə yaranan sıxlığın aradan qaldırılması istiqamətində işlər görürlər.