XƏBƏRLƏR / Nəqliyyat

Bakı–Təbriz–Bakı reysi iyunun sonunadək ləğv edilib

Bu barədə AZAL-ın mətbuat xidməti xəbər verib

Bakı–Təbriz–Bakı reysi iyunun sonunadək ləğv edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı –Təbriz–Bakı marşrutu üzrə reysləri iyun ayının sonunadək ləğv edib.

    Bu barədə AZAL-ın mətbuat xidməti xəbər verib.

    Qeyd edək ki, aviaşirkət bu ilin iyun ayının 15-dən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlamağı planlaşdırırdı. Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetirilməsi gözlənilirdi.