XƏBƏRLƏR / İctimaiyyət

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

DİN xəbər verir

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Xaş-xaş-2026" şərti adlı kompleks tədbirlər nəticəsində Balakən rayonunun Hənifə kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatla ümumi çəkisi 9 ton 800 kiloqram olan 10 815 ədəd çətənə kolu məhv edilib.