Baltikyanı ölkələrin diplomatları Rusiya XİN-ə çağırıldı
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib
Latviya, Litva və Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
RİA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Buna səbəb martda keçiriləcək Rusiya prezident seçkiləri zamanı təhlükəsizliyin təmin edilməsi ilə bağlı Moskvanın müraciətlərinə cavab verilməməsi olub.
Xarici İşlər Nazirliyi Latviya, Litva və Estoniya hakimiyyətlərindən seçicilərin, eləcə də səfirlik əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atmağı tələb edib", - deyə sözçü bildirib.