XƏBƏRLƏR / Kriminal

Baqrat Qalstanyan və digərləri iki ay müddətinə həbs edildi

Bu barədə jurnalistlərə din xadiminin vəkili deyib YENİLƏNİB

Baqrat Qalstanyan və digərləri iki ay müddətinə həbs edildi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:15

    Ermənistanda terror aktları hazırlamaq və hakimiyyəti ələ keçirmək ittihamı ilə 15 nəfər 2 ay müddətinə həbs edilib, onların bəziləri “Müqəddəs Mübarizə” müxalifət hərəkatının üzvləri və ölkədəki digər müxalifət qüvvələrinin nümayəndələridir, Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

    ***

    03:20

    İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi müxalif “Müqəddəs mübarizə” adlı hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyanın iki ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib.

    Bu barədə jurnalistlərə din xadiminin vəkili Hovhannes Xudoyan deyib.

    Onun sözlərinə görə, qərardan Apellyasiya Məhkəməsinə şikayət veriləcək.

    44 günlük müharibədə ölən Akop Rostomyanın atası Ara Rostomyan, Daşnaksütyun üzvü İqor Sarkisyan və fəal Aqvan Arşakyan da həbs edilib. Daha 5 nəfərin həbs olunduğu bildirilirdi. Ümumilikdə saxlanılan 16 nəfərdən 9-u ilə bağlı həbs qərarı verilib.

    Ermənistan İstintaq Komitəsi “Müqəddəs mübarizə” adlı hərəkatın iştirakçıları və liderlərini ölkədə hakimiyyəti ələ keçirməyə yönəlmiş terror aktları və fəaliyyətlər həyata keçirməkdə ittiham edib.

    Nəticədə arxiyepiskopun və eləcə də onun tərəfdarlarının evlərində axtarışlar aparılıb.

    Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan özünün telegram kanalında hökumətyönlü Civic.am portalında dərc edilmiş və hakimiyyətin ələ keçirilməsinin planlaşdırıldığı barədə məlumat yerləşdirilən məqaləni paylaşıb.