XƏBƏRLƏR / İctimaiyyət

Baş nazir Tofiq Yaqublunun oğluna medal verdi

Bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi özünün "Facebook" səhifəsində yazıb

Baş nazir Tofiq Yaqublunun oğluna medal verdi
Tofiq Yaqublu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hazırda inzibati həbsdə olan müxalifətçi Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu İkinci Qarabağ müharibəsindəki iştirakına görə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub. Bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi özünün "Facebook" səhifəsində yazıb.

    N.Həzi bildirib ki, hazırda Amerikada yaşayan qardaşının adından medalı ona veriblər.

    Qeyd edək ki, baş nazir Əli Əsədovun imzası ilə medal və medalın vəsiqəsi ailəyə təqdim olunub.

    Xatırladaq ki, Tofiq Yaqublu Tofiq dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub. Hazırda T.Yaqublu həbsxanadadır və aclıq elan edib.