XƏBƏRLƏR / İctimaiyyət

Ağdamda Birinci Qarabağ müharibəsinin iki şəhidi dəfn edilib

Onlar 31 il əvvəl itkin düşüblər

Ağdamda Birinci Qarabağ müharibəsinin iki şəhidi dəfn edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Məhərrəm İsmayıl oğlu Əzizovla Bərdə rayonunun 866 saylı qəsəbəsində, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Hikmət Zili oğlu Əliyevlə Ağdam rayonunun Ergi kəndində keçirilən vida mərasimi başa çatıb.

    Şəhidlərin nəşi Ağdam rayonu Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

    Dəfn mərasimində şəhidlərin doğmaları, Ağdam Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, Hikmət Zili oğlu Əliyev 1974-cü il yanvarın 1-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. O, 1993-cü il iyulun 23-də Ağdam rayonunun Sarıcalı kəndi ərazisində itkin düşüb. Onun meyitinin qalıqları Ağdam rayonunun Sarıcalı kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanıb.

    Məhərrəm İsmayıl oğlu Əzizov 1958-ci ildə Ağdam şəhərində anadan olub. O, 1993-cü il iyulun 23-də Ağdam rayonunda itkin düşüb. Məhərrəm İsmayıl oğlu Əzizovun meyitinin qalıqları Ağdam rayonunun Sarıcalı kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanıb.