Zaqatalada 80 yaşlı kişinin axtarışına itlər cəlb edilib

FHN xəbər verir VİDEO

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə 1946-cı il təvəllüdlü Mustafayev Xəlil Mustafa oğlu itkin düşüb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri şəxsin axtarışlarına cəlb olunub. Əməliyyata Xidmətin xüsusi təlim görmüş itləri də cəlb edilib.

    Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.