Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfər edib
Bu barədə Nazirlər Kabinetindən bildirilib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün mayın 21-də Türkmənistana işgüzar səfər edib.
Nazirlər Kabinetindən bildiriblər ki, Aşqabad Beynəlxalq Aeroportunda Baş nazir Əli Əsədovu Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Mammetqulı Astanaqulov və digər rəsmi şəxslər qarşılayıblar.
1 dəqiqədən az