XƏBƏRLƏR / Hökumət

Azərbaycan-Türkmənistan Komissiyasının 8-ci iclası keçirilib

bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib

Azərbaycan-Türkmənistan Komissiyasının 8-ci iclası keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakıda Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

    Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

    Nazir qeyd edib ki, Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığının güclənməsi iqtisadi münasibətlərimizin intensiv inkişafı üçün geniş potensial yaradır: "Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyevlə Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasına həmsədrlik etdik. Birgə fəaliyyətin uğurlu nəticələrini məmnunluqla vurğulayaraq, biznes, ticarət, enerji, nəqliyyat, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın və qarşılıqlı investisiyaların təşviqi imkanlarını nəzərdən keçirdik".