XƏBƏRLƏR / Hökumət

Əli Əsədov Qırğızıstan Prezidenti Sadır Japarovla görüşüb

Bu barədə Qırğızıstanın Nazirlər Kabineti məlumat yayıb FOTO

Əli Əsədov Qırğızıstan Prezidenti Sadır Japarovla görüşüb
Arxiv
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 15:10

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşündə iştirak edib.

    Bildirilib ki, Qırğızıstan Prezidenti Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin ilk görüşünün iştirakçılarını salamlayıb.

    Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Qırğız Respublikasının Prezidenti Sadır Japarova çatdırıb.

    Baş nazir həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq əlaqələrinin gündəliyində duran aktual məsələlərə toxunub.

    12:08

    Azərbaycanın Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının görüşündə iştirak etmək üçün Qırğızıstana səfərə gəlib.

    Bu barədə Qırğızıstanın Nazirlər Kabineti məlumat yayıb.

    "Manas" hava limanında Azərbaycan Baş nazirini Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini, su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobayev qarşılayıb.

    Qeyd edək ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın Baş nazirləri, Türkiyənin vitse-prezidenti, eləcə də TDT-nin baş katibi Kubanıçbek Omuraliyev iştirak edəcəklər.

    İclas iştirakçıları Bişkekdə iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, rəqəmsallaşma, energetika və kənd təsərrüfatı sahələrində əməkdaşlığın əsas istiqamətlərini müzakirə edəcəklər. Həmçinin əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün TDT-nin fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi üzrə tədbirlər nəzərdən keçiriləcək.