ABŞ Prezidenti Co Bayden Çin Sədri Si Cinpini diktator adlandırıb.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, amerikalı lider Kaliforniyada kampaniyası üçün pul yığımı toplantısında analoji açıqlamalar verib.
“Si Cinpinin içində casus avadanlığı ilə dolu olan o balon şarını vurduğumuz zaman çox əsəbiləşməsinin səbəbi onun orada olduğunu bilməməsi idi”.