XƏBƏRLƏR / Hərbi

"Baykar" və Azərbaycan birgə PUA-lar istehsal edəcəklər

Bu barədə niyyət protokolu imzalanıb

"Baykar" və Azərbaycan birgə PUA-lar istehsal edəcəklər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin pilotsuz təyyarələr istehsalçısı “Baykar” şirkəti Azərbaycanda PUA-ların birgə istehsalına dair niyyət protokolu imzalayıb.

    Azərbaycan mətbuatı “Baykar”a istinadən xəbər verir ki, sənədi şirkətin baş direktoru Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov imzalayıb.