XƏBƏRLƏR / Hərbi

“Baykar”ın direktoru müdafiə sənayesi naziri ilə görüşüb

Haluk Bayraktar Vüqar Mustafayevlə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb FOTO

“Baykar”ın direktoru müdafiə sənayesi naziri ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Türkiyənin “Baykar” şirkətinin baş icraçı direktoru Haluk Bayraktar ilə görüşüb.

     Görüşdə müdafiə sənayesinin inkişafı məqsədilə Azərbaycan ilə Baykar arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

    Görüşün sonunda Vüqar Mustafayev Haluk Bayraktara “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin işinə başlamaq üçün xüsusi lisenziya təqdim edib.