Baykonur kosmodromu zəlzələdən zərər çəkməyib
Bu barədə Yerüstü kosmik infrastruktur obyektlərinin istismarı mərkəzindən (“Roskosmos” nəzdindədir) bildiriblər
Baykonur kosmodromu Qırğızıstan və Çin sərhədində baş verən zəlzələdən zərər çəkməyib.
Bu barədə Yerüstü kosmik infrastruktur obyektlərinin istismarı mərkəzindən (“Roskosmos” nəzdindədir) bildiriblər.
“Baykonur kosmodromunun infrastrukturu yeraltı təkanların fəsadlarını öz üzərində hiss etməyib, Rusiyanın kosmik sahəsi müəssisələrinin mütəxəssislərinin işi ştat rejimində davam edir”, - deyə müəssisədən bildiriblər.
Xatırladaq ki, yanvarın 23-nə keçən gecə Qazaxıstan və Qırğızıstan sərhədində zəlzələ baş verib. 5,8 ballıq zəlzələnin episentri Almatıdan 278 kilometr cənub-şərqə, Qırğızıstan və Çinin sərhədində olub. Yeraltı təkanların dərinliyi 5 kilometr təşkil edib. Almatıda yeraltı təkanların gücü 5 bala çatıb. Yeraltı təkanları xüsusilə Özbəkistan, Qırğızıstan və Qazaxıstan sakinləri hiss ediblər.
Rusiya tərəfindən icarəyə götürülən Baykonur kosmodromu Almatıdan təxminən 1100 kilometrlikdə, Qırğızıstan və Çin sərhədindən isə 1100-1400 kilometr aralıda yerləşir.