XƏBƏRLƏR / Təbiət

İğdırda zəlzələ oldu

Bu barədə AFAD məlumat yayıb

İğdırda zəlzələ oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin İğdır vilayətində yenidən zəlzələ qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Vilayətin Aralık rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.8 ballıq maqnituda ilə qiymətləndirilib.

    Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

    Qeyd edək ki, zəlzələ Naxçıvan, Ermənistan və İranda da hiss olunub.