Oxot dənizində güclü zəlzələ baş verib
Bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb
Saxalin adasının şərqində Oxot dənizində 6,8 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
“Zəlzələnin episentri Oxot dənizinin cənub hissəsində, ocağı təxminən 490 km dərinlikdə yerləşib. Sunami təhlükəsi yoxdur”, - deyə departamentin açıqlamasında bildirilir