"Bayraktar TB3" ilk dəfə səmada VİDEO

PUA Tekirdağ vilayətində yerləşən AKINCI uçuş mərkəzindən havaya qalxıb

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Türkiyənin "Baykar" şirkəti tərəfindən hazırlanan "Bayraktar TB3" zərbə tipli iplotsuz uçuş aparatı (PUA) ilk uçuşunu həyata keçirib.

    PUA Tekirdağ vilayətində yerləşən AKINCI uçuş mərkəzindən havaya qalxıb.

    Saat 08.30-da havaya qalxan "Bayraktar TB3" sistem identifikasiya testlərini uğurla başa vurub və bir saatlıq uçuşu tamamlayıb.

    Şirkətin rəsmisi Səlcuq Bayraktar PUA-nın hava müharibəsində inqilab olacağını bildirib.

    PUA Türkiyənin yerli şirkəti tərəfindən hazırlanan mühərriklə uçuş həyata keçirib. 170 at gücündə olan mühərrik dəniz şəraitinə uyğunlaşdırılıb.