XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov və Kuleba görüşüblər

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb YENİLƏNİB

Ceyhun Bayramov və Kuleba görüşüblər
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 17:00

    Polşada keçirilən Ukraynanın Bərpası Konfransı (UCR2026) çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Baş nazirinin müavini Oleksiy Kuleba ilə görüşüb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, görüş zamanı Azərbaycan–Ukrayna əməkdaşlığının cari gündəliyi və gələcək perspektivləri müzakirə edilib.

    Tərəflər ticarət və investisiya sahələri də daxil olmaqla əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də enerji, infrastruktur və yenidənqurma istiqamətlərində əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.

    Görüşdə həmçinin humanitar təşəbbüslər və iki ölkə arasında daha geniş əməkdaşlıq imkanları müzakirə olunub.

    Tərəflər Azərbaycan və Ukrayna arasında uzunmüddətli tərəfdaşlığın daha da inkişaf etdirilməsinə, regional sabitlik, dayanıqlı inkişaf və iqtisadi rifahın təmin olunmasına yönəlmiş səylərin dəstəklənməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

    ***

    16:32

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransı (URC2026) çərçivəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

    Bu barədə nazir "X" hesabında bildirib.

    Belə ki, tərəflər Azərbaycan–ATƏT əməkdaşlığının mövcud vəziyyəti və gələcək perspektivlərini müzakirə edib:

    "Cənubi Qafqazda formalaşan regional vəziyyət, davamlı sülh və sabitliyin təmin olunması üçün yaranmış tarixi imkan, həmçinin Azərbaycanın suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmət prinsiplərinə əsaslanan yeni regional gündəliyin irəlilədilməsi istiqamətində səyləri barədə fikir mübadiləsi apardıq. Qarşılıqlı maraq doğuran məsələlər üzrə ATƏT ilə konstruktiv əməkdaşlığı davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqlədik", - deyə nazir bildirib.