XƏBƏRLƏR / Hava

Bazar günü bəzi yerlərdə qısamüddətli leysan olacaq

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Bazar günü bəzi yerlərdə qısamüddətli leysan olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Dekabrın 8-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.