XƏBƏRLƏR / Hava

Bazar günü hava küləkli olacaq

Havanın temperaturu gecə müsbət 3 +5, gündüz müsbət 7 +9 dərəcə olacaq

Bazar günü hava küləkli olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fevralın 5-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən bululdu olacaq, arabir tutulacaq, əsasən yağıntısız olacaq. Gecə və səhər duman olacaq. Axşam cənub-şərq küləyi şimal-qərb küləyilə əvəz olunacaq. Gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə müsbət 3 +5, gündüz müsbət 7 +9 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidməti bildirib.

    Azərbaycanın rayonlarında əsasən yağıntı olmayacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə bəzən qar yağacaq. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə mənfi 3 dərəcədən müsbət 2 dərəcəyədək, gündüz müsbət 6 + 10 dərəcə, gecə dağlarda mənfi 12 -17, gündüz 0 -5 dərəcə olacaq.

    Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.