Şoyqu və Gerasimovun həbsinə order verildi YENİLƏNİB
Bu barədə Beynəlxalq Cinayyət Məhkəməsinin mətbuat xidməti məlumat yayıb
Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın keçmiş müdafiə naziri, hazırda Təhlükəsizlik Şurasının katibi olan Sergey Şoyqu və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.
Bu barədə BCM məlumat yayıb.
Qərara görə, onlar 10 oktyabr 2022-ci il və 9 mart 2023-cü il tarixləri arasında törədilmiş hərbi cinayətlərdə, xüsusən mülki və enerji obyektlərinə hücumlarda, habelə insanlığa qarşı cinayətlərdə şübhəli bilinirlər.
Rusiyanın məsələyə reaksiyası özünü çox gözlətmədi:
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İbtidai Palatasının Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu barəsində həbs qərarı çıxarması “əhəmiyyətsizdir” və “Qərbin hibrid müharibəsinin” elementidir. ”, - Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin bəyanatında deyilir.