XƏBƏRLƏR / Məhkəmə

Ramiz Mehdiyev barəsində cinayət işi açılıb

Ona qarşı 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib

Ramiz Mehdiyev barəsində cinayət işi açılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ramiz Mehdiyev barəsində cinayət işi açılıb – 4 ay ev dustaqlığı

    Səbail Rayon Məhkəməsi xüsusilə ağır cinayətlərdə təqsirləndirilən Ramiz Mehdiyevin vəsatətini təmin edib və onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Azərbaycan Prezidenti Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham olunur:

    Maddə 193-1.3.2 Külli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması; Saxta sahibkarlıq;

    Maddə 274. Dövlətə xəyanət;

    Maddə 278. Hakimiyyəti zorakılıqla ələ keçirmə və ya saxlama, yaxud konstitusiya quruluşunu zorakılıqla dəyişdirmə.

    Qeyd edək ki, Ramiz Mehdiyev 1995-2019-cu illərdə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri vəzifəsində çalışıb. 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik edib.

    Ramiz Mehdiyev professor Kamilə Əliyevanın və fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyevin atasıdır. Mehdiyevin 87 yaşı var.