Belarus Qarabağda 420 ailəlik qəsəbə tikəcək
Bunu Belarusun memarlıq və tikinti naziri Ruslan Parxamoviç Şuşada jurnalistlərə deyib
Belarus Qarabağda 420 ailəlik qəsəbə tikməyi planlaşdırır
Bunu Belarusun memarlıq və tikinti naziri Ruslan Parxamoviç Şuşada jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, Belarus və Azərbaycan tikinti sektorunda bir neçə ildir əməkdaşlıq edir: “Amma indiyədək əsas diqqət şəhərsalma və layihə sənədlərinin hazırlanmasına, normativ-hüquqi baza və texnologiyaların mübadiləsinə yönəlib.
“İndi biz yeni ciddi addımla bağlı razılığa gəldik. Konkret yaşayış məntəqəsi, kənd təsərrüfatı şəhərciyi kimi bir şey planlaşdırıq. Biz Kənd Təsərrüfatı Nazirliyindən olan həmkarlarımızla birlikdə işləyəcəyik, çünki burada insanları təkcə rahat mənzillə təmin etmək deyil, həm də onları layiqli iş yerləri ilə təmin etmək çox vacibdir”, - Parxamoviç bildirib.
Onun sözlərinə görə, obyekt Ağdam rayonunda tikiləcək, qəsəbə 420 ailə üçün nəzərdə tutulub. Onun arxitekturasında isə Belarus naxışlarından istifadə ediləcək.
“Biz həm mənzil, həm də infrastrukturun tikintisi ilə məşğul olmağı planlaşdırırıq: bunlar yaxın bir neçə ay ərzində sınaq obyektləri olacaq və onların təsdiqləyəcəyi konsepsiyanı həmkarlarımıza təqdim edəcəyik. Biz bundan sonra da fəal işləyəcəyik, hər şey yaxşı olacaqsa, yaxın gələcəkdə işimizi daha bir neçə obyektdə genişləndirəcəyik”, - deyə nazir qeyd edib.