XƏBƏRLƏR / İctimaiyyət

Belçikada bomba hədələrindən sonra 30 məktəb bağlandı

Bu barədə Brüssel və Vallonun Təhsil İdarəsi məlumat yayıb

Belçikada bomba hədələrindən sonra 30 məktəb bağlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Belçikanın paytaxtında və mərkəzi Vallon Brabant əyalətində partlayıcı qurğu təhlükəsi ilə bağlı xəbərlər səbəbindən 30-a yaxın məktəb bağlanıb.

    "Belga" agentliyi xəbər verir ki, bu barədə Brüssel və Vallonun Təhsil İdarəsi məlumat yayıb.

    Noyabrın 26-da axşam saatlarında 27 məktəbinə partlayıcı qurğular qoyulduğu barədə hədələr göndərilib. Bu barədə məlumat alan hakimiyyət orqanları ehtiyat tədbirləri çərçivəsində Brüssel və Vallon Brabantda yerləşən müvafiq məktəblərdə dərslərin dayandırılması barədə qərar qəbul edib.

    Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq bəzi məktəblərdə yoxlamalara başlayıb. Polis gün ərzində məktəblərdəki vəziyyəti qiymətləndirəcək.