Bəşəriyyət nüvə Qiyamətinə bir saniyə də yaxınlaşdı
Atom Alimləri Elm və Təhlükəsizlik Şurası "Qiyamət Saatının" əqrəblərini bir saniyə irəli çəkdi
"Qiyamət Saatının" əqrəbləri bu il “nüvə gecə yarısına” bir saniyə yaxınlaşdı.
İndi fəlakətə 89 saniyə qalır.
Atom Alimləri Elm və Təhlükəsizlik Şurasının sədri Daniel Holts "Bu, dünyanın gəldiyi gecə yarısına ən yaxın vaxtdır" dedi.