Türkiyədə zəlzələdə ölənlərin sayı artdı
Bu barədə Türkiyənin daxili işlər naziri məlumat verib
Türkiyədə zəlzələ qurbanlarının sayı 48 448 nəfərə çatıb. "TRT Haber" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
"Onlardan 6 660 nəfəri xarici ölkə vətəndaşlarıdır", - deyə o bildirib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntıya səbəb olub.