XƏBƏRLƏR / Fəlakət

Məşhur Hollivud aktyoru Entoni Hopkinsin evi külə dönüb

Yanğın digər Hollivud ulduzlarının da malikanələrinə ciddi ziyan vurub

Məşhur Hollivud aktyoru Entoni Hopkinsin evi külə dönüb
Entoni Hopkins
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kaliforniyada baş verən yanğınlar nəticəsində Entoni Hopkinsin evi tamamilə məhv olub.

    Bu barədə “Daily Mail” məlumat yayıb.

    Məlumata görə, aktyor evi 2021-ci ildə alıb. Pasifik Palisades rayonunda dörd yataq, beş hamam otağı olan tikili üçün 6 milyon dollar ödəyib.

    Qeyd edək ki, m​​​​​​eşə yanğını yanvarın 7-də Los-Ancelesdə Santa-Monika və Malibu arasında yerləşən Pasifik-Paliseyds sahil rayonunda başlayıb. ABŞ Prezidenti Cozef Bayden Kaliforniyada fövqəladə vəziyyət elan edib. TMZ-nin məlumatına görə, aktrisa Peris Hiltonun evi tamamilə yanıb.

    Yanğının aktiv şəkildə davam etdiyi ərazidə rejissor Stiven Spilberqin, aktyorlar Tom Henks, Bredli Kuper, Cennifer Eniston, Adam Sandler, Ben Afflek və başqalarının malikanələri də var.

    Bu fəsadların ağırlığını yəqin ki, sığorta şirkətləri çəkəcək. Milyonlarla sığorta ödənişləri şirkətləri müflis edə bilər və ABŞ-ın maliyə bazarına ciddi təsir göstərə bilər.