Ermənilər Sərsəng su anbarını qurudub VİDEO
Separatçılar su hövzəsini ekoloji fəlakət səviyyəsinə çatdırıblar
Tərtər rayonunda yerləşən Sərsəng su anbarının suyu quruması barədə video yayılıb.
Buna səbəb separatçıların Sərsəng su anbarında ekoloji fəlakət törətmələridir.
Anbarın suyundan məqsədyönlü istifadə edilməməsi, eyni zamanda kənar müdaxilələrə yol verilməsi anbardan suvarma məqsədilə istifadə edilməsini mümkünsüz edir. Bu da öz növbəsində təkcə su anbarı üçün deyil, eyni zamanda, ətraf ərazi üçün də böyük həcmdə ekoloji fəlakət yarada bilər.
Ermənilər ekoloji cinayət törədiklərini anlayaraq, təqsiri həyasızcasına Azərbaycan tərəfinin üstünə atmağa cəhd edirlər. Güya Azərbaycan Ermənistandan gələn elektrik xəttini kəsdiyinə görə, separatçılar su elektrik stansiyalarını işə salmağa və ifrat dərəcədə ambarın suyundan istifadə etməyə məcbur olublar. Lakin "elektrik xəttinin kəsilməsi" heç bir faktla sübut olmadığına görə, İrəvanın tez-tez istinad etdiyi Haaqa beynəlxalq məhkəməsi ermənilərin bu iddialarını qətiyyətlə rədd edib.