XƏBƏRLƏR / Fəlakət

Gürcüstanda güclü sürüşmə, ölən və itkin düşənlər var

Fəlakət Gürcüstanın qərbində yerləşən Bağdati bələdiyyəsinin Nergeti kəndində baş verib

Gürcüstanda güclü sürüşmə, ölən və itkin düşənlər var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ötən gecə Gürcüstanın qərbində yerləşən Bağdati bələdiyyəsinin Nergeti kəndində torpaq sürüşməsi baş verib.
    Bu barədə “Echo of Caucasus” yazır.

    Torpaq sürüşməsi nəticəsində azı 4 nəfər həlak olub, aralarında uşaqların da olduğu daha 5 nəfərin axtarışları davam edir. Sürüşmə 4 evi əhatə edib. Bir nəfər xilas edilərək təhlükəsiz əraziyə çatdırılıb.