Venesuelada zəlzələ nəticəsində ölü sayı 2500 nəfəri ötüb
38 min 500 nəfər itkin düşüb
Venesuelada dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 2595 nəfərə çatıb.
Bunu İnsan tələfatı barədə cümə gününədək olan məlumatı prezident vəzifəsini icra edən Delsi Rodriges mətbuat konfransında açıqlayıb.
O, nə qədər insanın itkin düşdüyü barədə dəqiq rəqəm səsləndirməyib. Mediada yayılan qeyri-rəsmi məlumatlara görə isə, təxminən 38 min 500 nəfər itkin düşüb.
Delsi Rodriges axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini, hələ də sağ qalanların dağıntılar altından çıxarıldığını bildirib.
Xatırladaq ki, Venesuelada ötən çərşənbə axşamı günü bir-birinin ardınca 7,2 və 7,5 bal gücündə iki dağıdıcı zəlzələ baş verib. Təbii fəlakətdən ən çox zərər ölkənin şimalındakı La-Quayra ştatına dəyib.
1 dəqiqədən az