Paşinyan Lori və Tavuşdakı daşqınları fəlakət elan edib FOTO
Yüzlərlə sakinin evi su altında qalıb, Gürcüstana gedən dövlətlərarası yol da bağlanıb
Ermənistanın baş naziri Nikol Paşinyan Lori və Tavuş vilayətlərinin bir neçə icmasının daşqınlara görə fəlakət zonası elan edilməsi barədə qərar imzalayıb.
Ermənistanın Lori rayonunda güclü yağışlar nəticəsində Debed və Aqstev çayları məcrasından çıxıb.
Yüzlərlə sakinin evi su altında qalıb, Gürcüstana gedən dövlətlərarası yol da bağlanıb.
Baş nazirin fərmanı ilə vəziyyəti idarə etmək üçün operativ qərargah yaradılıb. Hadisə yerində 320-dən çox xilasedici çalışıb. Dörd nəfər öldü.